Azadlıq ölkəsinə necə gəlməli?

Azadlıq ölkəsinə necə gəlməli?

Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInPin on PinterestEmail this to someone
Azadlıq ölkəsinə necə gəlməli?
Azadlıq ölkəsinə necə gəlməli?

Yəqinki Azadlıq ölkəsi dedikdə, dərhal əksər insanlarda ilk assosiasiya Amerika olur. Çünki Amerika Azadlıq ölkəsi kimi təqdim olunub, bunun nə qədər doğru və ya yalan olduğu barədə isə digər qeydlərimdə.

İndi isə Amerikaya gəlməyin yolları barədə qeydlər etmək istərdim çünki bu mənə ən çox verilən suallardandır. Amerikaya gəlməyin bir neçə yolları var: hamımızın eşitdiyi Green kart, daha sonra turist vizası, qaçqın, mühacir və ən maraqlısı isə təhsil proqramları ilə. ABŞ Dövlət Departamentinin FLEX, UGRAD, Edmund S. Muskie, Fulbright, Open World, TEA, Hubert H. Humphray qısa və uzun müddətli mübadilə proqramları varki, məhz həmin təhsil proqramlarla ABŞ-a gəlib, bir və ya iki illik ABŞ təcrübəsi qazanmaq, təhsil almaq və Azadlıq ölkəsinin real həyatını görmək imkanları olur. Yəqinki, Facebook dost siyahinizda ən azı bir neçə nəfər olarki, öz profillərində ABŞ-da təhsil aldıqlarını qeyd ediblər. Əksər tələbələrin iştirak etdiyi proqramlar və onlar haqqında qısa məlumat. ətraflı isə keçidlərdən oxumaq olar.

FLEX, Geleceyin Liderleri Mübadilə Proframı yaş həddi 15-17 olan orta məktəb şagirdləri üçün nəzərdə tutulub. Bir illik “high school” (11-12-ci sinif) təcrübəsi qazandırır.UGRAD Proqramı 1, 2, və 3-cü kurs tələbələri üçün Amerikada mübadilə imkanı yaradır. Təhsil hec bir dərəcə vermir. Müddəti bir ildir.Hubert H. Humphray proqramı əsasən ali təhsili bitirmiş mütəxəssislər üçündür. Bü proqram müəyyən iş təcrübəsi olan mütəxəssislərə üstünlük verir. Müddəti on aydır, heç bir dərəcə vermir.

Edmund S. Muskie Proqramı bakalavr dərəcəsi olan gənc liderlər və mütəxəssislər üçündür. Proqram ali təhsil və ABŞ-ın tanınmış təşkilatlarında iş təcrübəsi imkanları qazandırır, iş təcrübəsi ödənişli və ödənişsiz (könüllü) ola bilər. Müddəti 1 və  2 illikdir. Dərəcə: Magistr

Fulbright proqramında ən azı bakalavr dərəcəsi olanlar iştirak edə bilər. Bu proqramı üstünlüyü odurki, müxtəlif təbəqələr üçün ABŞda təhsil almaq və mübadilə imkanları yaradır, daha dəqiq, bu proqramın qalibləri magistr dərəcəsi, doktorluq dərəcəsi ala bilər, həmçinin alimlər ABŞ-da təqdiqat apara bilərlər. Müddəti 3-10 aydır.

Open World proqramı dövlət və özəl sektorlarda çalışan liderlər üçün ABŞ-da 10 günlük təcrübə mübadiləsi imkanları yaradır. Bu proqramı digər mübadilə proqramlarından fəqrəndirən əsas şərt odurki, proqramda iştirak etmək istəyənlər üçün onların işlədiyi və ya əməkdaşlıq etdiyi təşkilat onların namizədliyini irəli sürməlidir. Güclü liderlik bacarığı və iş təcrübəsi olan namizədlərə üstünlük verilir.

TEA proqramı orta məktəb müəllimləri üçün nəzərdə tutulub. Proqram müddəti ərzində müəllimlər ABS ali məktəbində kurslar keçirlər. Müddəti 6 həftədir

Qeyd etməliyəmki, bütün bu proqramlar ABŞ-da həmin müddət ərzində təhsil və qalmaq xərclərini ödəyir. Hətta əlinizə bilet də verirki, ABŞa gəlin heç bir xərc ödəmədən təhsil alasan. Amma bu proqramlardan seçilmək üçün müəyyən mərhələlər ibarət olan imtahanlardan keçmək əsas şərtdir. Əksər proqramlarda 3 mərhələ olur: Ərizə formasi doldurmaq-inşalarla bir; müsahibədən keçmək; ingilis dilindən test (TEOFL & GRE). Bu üç mərhələdən uğurla keçənlərin əlinə ABŞ-a viza və bilet verilir 🙂

Gördüyünüz kimi ABŞ-a heç bir maddi xərc çəkmədən də gəlmək olur amma bunun üçün əziyyət çəkib çalışmaq və imtahanlardan keçmək lazimdir. Burda əsas kapital pul deyil, bilik olur. Mən bildiyim proqramlar haqqında bölüşdüm, hansı yollarla Azadlıq ölkəsinə gəlməyi isə özünüz qərar verəcəksiniz.

Share on FacebookTweet about this on TwitterShare on Google+Share on LinkedInPin on PinterestEmail this to someone

6 thoughts on “Azadlıq ölkəsinə necə gəlməli?

    1. Nurlan,
      Men yazdigim programlar ise ozunu tesdiqlemish proqramlardir, Work & Travel il e gelenler ise burda problemlerle uzleshir, bu sebebden men Work & Travel yazmiram.

  1. Salam, evvela dolgun melumatlar ucun size teshekkur edirem.

    Men 2010-cu ilde amerikada olmusham 3 ay muddetine. Work and Travel programi istirakcisi idim. Menim Social Security kartimda var. Sualim odurki men hec bir programa qosulmadan amerikada islemek ucun viza ala bilerem mi?

    Onceden teshekkurler, ishlerinizde ughurlar!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Blue Captcha Image
Refresh

*